Dekabrın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Ednews-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.