“ABŞ-ın İranla nüvə proqramı ilə bağlı sazişin əldə edilməsində diplomatik yollara üstünlük verməsinə baxmayaraq, bu ölkəyə hərbi güc tətbiq edilməsi istisna edilmir".
Ednews TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Nə biz, nə də ABŞ Prezidenti Cozef Bayden bunu (hərbi həll) istəmirik. Amma bütün digər variantlar uğursuz olarsa, ən son seçim hərbi variant olacaq. Prezident açıq şəkildə bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək", - o deyib.
Melli vurğulayıb ki, üstünlük həmişə diplomatiyaya verilir, lakin İran həqiqətən sazişə qayıtmaq istəyini nümayiş etdirmir:
"Hazırda buraya daha iki vacib amil əlavə olunur. Bunlar İrana Rusiyanın hərbi yardım etməsi və ölkədə dinc etirazların yatırılmasıdır. ABŞ-ın rolu iranlıların hüquq və azadlıqlarını qorumaq məqsədilə İrana qarşı sanksiyalar tətbiq etməkdən ibarətdir".