“Azərbaycanda birgə hərbi təlimlər keçirirdik. Bunun məqsədi istənilməyən, amma yaşanan sıxıntıları birlikdə aradan qaldırmaqdır”.
Ednews “Hurriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, bu hərbi təlimlər bölgədə fərqli prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət, iki dövlət” fəlsəfəsi ilə eyniləşdirir.
Prezident bildirib ki, oxşar addımlar bundan sonra da atılacaq.