ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Ednews xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.
Həmçinin, Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.
Belə ki, danışıq zamanı Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, eləcə də sərhəd təhlükəsizliyi, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələləri barədə müzakirə aparılıb.
Donfrid ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu bildirib.