Xəbər verdiyimiz kimi, Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir.
Ednews xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, bir qrup erməni azərbaycanlı aksiyaçıların olduğu yerə gəlmək istəsə də, sülhməramlılar onlara xəbərdarlıq edib:
"Əgər siz ora getsəniz və Azərbaycan hərbçiləri sizə atəş açsa, biz cavab atəşi aça bilməyəcəyik".
Yeri gəlmişkən, rus sülhməramlıları Xankəndi-Şuşa yoluna əlavə güvvə cəlb edib.