ABŞ-ın Azərbaycandakı Səfirliyi rəsmi facebook səhifəsində Şuşa- Xankəndi yolundakı etiraz aksiyası ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, səfirlik Azərbaycan hökümətini dəhliz boyu yolda hərəkəti bərpa etməyə çağırıb.
Paylaşımda deyilir:
"Laçın dəhlizinin bağlanmasının ciddi humanitar təsirləri var və sülh prosesini ləngidir. Biz Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Gələcəyə yol danışıqlardan keçir".
Qeyd edək ki, eko-aktivistlərin Laçın dəhlizini bağlaması xəbəri erməni mətbuatı tərəfindən yayılan dezinformasiyadır.
Xatırladaq ki, Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirdiyi aksiya davam etməkdədir. Bugün artıq aksiyanın 3-cü günüdür.
Nəzrin Beydiyeva