Brifinq keçirilib Nazir Laçın yolundakı vəziyyətlə bağlı diplomatik korpusu məlumatlandırıb

Siyasət 21:27 15.12.2022

15 dekabr tarixində Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən

Ednews-a bildirilib ki, brifinq zamanı, nazir C.Bayramov Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyətin hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb. 

Nazir Azərbaycanın Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymadığını, hərəkətin əvvəlki qaydalarla tənzimləndiyini diqqətə çatdırılıb. Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqlarına dair müvafiq açıqlamaların verildiyi bildirilib. 

Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdirildiyini qeyd edən nazir, Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb. 
 Nazir C.Bayramov Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı barədə məlumat verib. Bu xüsusda, istər Laçın yolunun tikintisi, istərsə də Sərsəng su anbarından istifadə ilə bağlı atılan birgə addımlar çərçivəsində yerli erməni sakinlərlə təmaslardan bəhs edilib. 

Görüşdə cari ilin 3 dekabr tarixindən aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib. 

Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb. 
Çıxış zamanı, Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibət bildirən Nazir sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını brifinq iştirakçılarının diqqətinə çatdırıb.

Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu diqqətə çatdırıb. 
Nazir C.Bayramov ölkəmizin ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətini məhz Üçtərəfli bəyanatın icrasına, o cümlədən Laçın yolundan istifadənin Ermənistan tərəfindən kobud və açıq şəkildə pozulmasına yönəltdiyini bildirib.

O, Ermənistanın Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilməsindən, habelə bundan irəli gələn mövcud mina təhlükəsinin ağır nəticələrindən bəhs edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulayıb. 

Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzli olduğunu vurğulayan nazir bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirdiyini diqqətə çatdırıb. 

Nazir, Azərbaycan ərazisində yerli erməni sakinlərin reinteqrasiyası naminə Azərbaycan tərəfindən təşviq edilən addımların dəstəkləməsinə çağırış edib.

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı