Böyük Britaniya hökuməti İrana sanksiyaları gücləndirməklə yanaşı İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətini də ölkədən qovmalıdır.
Ednews xəbər verir ki, bu barədə Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stiv Makkeyb ölkənin xarici işlər naziri Liz Trassa yazdığı məktubda bildirib.
Makkeyb həmçinin hökumətdən Britaniya-İran münasibətlərinin səviyyəsini azaltmağı istəyib.