Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan baş nazirin müavini vəzifəsinin icrasına başlayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Armeniya” nəşri yayıb.
Mənbə yazır ki, nazirlikdə onun yerini Vaqe Ovannisyan tutacaq.
Kadr dəyişikliyi haqda məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetində keçirilən Təhlükəsizlik Şurasının iclasında açıqlayıb. İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının nümayəndələri iştirak ediblər.
Regiondakı hərbi-siyasi vəziyyət müzakirə predmeti olub.