Rusiyada 830 min nəfər səfərbərlikdən azad edilib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-nin kollegiya iclasında çıxışında bildirib.
Şoyqu qeyd edib ki, Böyük Vətən müharibəsindən sonra səfərbərlik planları həyata keçirilməyib, ona görə də Müdafiə Nazirliyi müəyyən çətinliklərlə üzləşib.
"Səfərbərlik hazırlığı sistemi yeni iqtisadi münasibətlərə tam uyğunlaşdırılmamışdı. Ona görə də qismən səfərbərlik başlayandan ehtiyata çağırış edən vətəndaşların xəbərdar edilməsində və çağırılmasında çətinliklərlə qarşılaşdıq. Bütün çatışmazlıqların gedişatda düzəltməli olduq",- deyə Rusiya MN başçısı vurğulayıb.