Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Ednews-a verilən məlumata görə, səfər çərçivəsində nazir C.Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.