Dekabrın 22-də Xankəndinin mərkəzində bir qrup erməni “aksiya” keçirməyə cəhd göstərib. Lakin bu “aksiya”da təşkilatçıların gözlədiklərinin tam əksinə olaraq, cəmi 1000-ə yaxın insan iştirak edib.
Fotolardan göründüyü kimi mitinqdə separatçı qüvvələrin başçısı Araik Arutyunyan da orada iştirak edib. Xankəndiyə keçid Laçın dəhlizindən keçir. Maraqlıdır ki, Araik Arutyunyan bu əraziyə necə gəlib? Rus sülhməramlılarının burada rolu varmı ?
“Mülahizələrə görə o, sülhməramlıların maşınında bu əraziyə daxil olub. Araik Arutyunyan Fransada rəsmi səfərdə idi”.
Bu sözləri Politoloq Qabil Hüseynli Ednews-a açıqlamasında bildirib.
“Xankəndiyə keçid üçün yol Laçındandır. Bu yol da ciddi nəzarət altında idi. Qırmızı Xaç Cəmiyyətinin və yaxud Təcili tibbi yardım maşınlarının vasitəsilə oraya keçib.
O, bildirib ki bu mitinq planlı şəkildə baş tutub.
“Bu aksiya deyil. Planlı şəkildə ödəniş qarşılığında adamlar seçiblər. Bu yolla saxta mitinq keçirirlər. Məsələn bu mitinqdə təcavüzkar addımlar atırlar. Faktiki olaraq 1980-ci illərdə olduğu kimi Azərbaycana qarşı üsyan çağırışı ediblər. Beləliklə, Azərbaycanın suverənliyini qəbul etməyəcəklərini hətta özlərini müstəqil respublika elan edəcəklərini bəyan ediblər”.
Onun sözlərinə görə, bu hadisələr yeni müharibə istiqamətinə çevrilə bilər.
“Sülhməramlıların nəzarətinədirsə bu necə nəzarət oluna bilər? Bu sülhməramlı qüvvələrin növbəti məsuliyyətsizliyi, Azərbaycana qarşı xain hərəkətidir”.
Ayan Rzayeva