“Təhsil haqqında saatlarla danışmaq olar, bu sahədə kifayət qədər problemlər mövcuddur”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.
“Yüksək səviyyəli təhsil yoxdursa, elm yoxdur, dövlətin idarə edilməsində problemlər olacaq. Təklif edirəm ki, təhsil haqqında qanun yenidən hazırlansın. Xatırlayıram ki, bu qanun uzun müddət müzakirə olunub, tənqid edilsə də 2009-cu ildə qəbul olundu.
Lakin qanunun qəbulundan sonra təhsil sahəsində inkişaf gözə dəymir. Repititorluq sistemi var ki, təhsil sistemini dağıdır. 8-ci sinifdən sonra uşaqlar məktəbə getmir, müəllimlərin yanında hazırlaşır”, - deyə deputat əlavə edib.