Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer Rusiyaya səfər etməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə BQXK prezidenti "Neue Zürcher Zeitung" qəzetində dərc olunan müsahibəsində deyib.
"Mən Moskvaya gedəcəm”, - deyən Spolyariç Eqqer belə bir səfərin vaxtının hələ müəyyən edilmədiyini bildirib.
"Bizim Rusiya ilə bütün səviyyələrdə danışmağımız vacibdir”, - deyə humanitar təşkilatın prezidenti qeyd edib.