“Əgər Qarabağla Ermənistanı birləşdirən başqa cığır, yollar varsa, onlar ya nəzarətə götürülməli, ya da raket zərbəsiylə dağıdılmalıdır”.
Bu sözləri Ednews-a politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ermənilərin Qarabağla bağlı ortaya atdıqları yeni iddiaya diqqət çəkib:
“Qarabağdan Ermənistana iki gizli yolun varlığı barədə xəbərlər yayılıb. Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah-sursat daşığıdı barədə fikirlər var. Bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir.
Aydındır ki, həmin yol və ya yollar varsa, asfaltlanmayıb, istifadə etmək asan deyil. Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır.”
Politoloqun sözlərinə görə Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmə imkanlarımız da var.
“Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa cığır, yollar da varsa, onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır”.
Oğuz Ayvaz