Türkiyədə yeni prezident kim olacaq? Ramiyə Məmmədova yazır

Siyasət 17:05 18.01.2023

Türkiyədə prezident seçkilərinə bir neçə ay qalmasına baxmayaraq, artıq siyasi qüvvələr arasında qızğın yarış başlayıb. Son sorğularda Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğan qalibdir. Artıq 15 yanvarda seçki kompaniyasının başlandığını MHP başkanı Bahçeli elan etdi. Bu il Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğanın və müxalifət liderlərinin açıqlamalarından da məlum olur ki, artıq hazırlıqlar gərgin mübarizə olaraq gedəcək. Hələlik meydanda Ərdoğanın qarşısına çıxıb, ona qalib gələ biləcək namizəd görünmür. Müxalifət öz namizədini seçməkdə çətinlik çəkir. Müxalifət partiyaları vahid namizədlə bağlı razılığa gələ bilmirlər. Namizədlə bağlı müxalif partiyalar arasında fikir ayrılıqları da diqqətdən yayınmır. Hələlik Ərdoğan meydanda təkdir. Ərdoğana gəldikdə, onun daxili və xarici reytinqi kifayət qədər yüksəkdir.

Türkiyə liderinin uğurlu xarici siyasəti göz önündədir. Ərdoğan Türkiyəni ən yüksək səviyyəyə qaldırıb. Bu gün onun sayəsində qlobal aktor kimi Türkiyənin dünya siyasətində öz rolu var və bundan hər kəs məmnunmuş kimi görünür. Türkiyə təkcə geosiyasi aktor kimi yox, sülhməramlı ölkə kimi bir çox dövlətlərə yardım edir. Geosiyasi meydanda zülmkarın qarşısında olan Türkiyə məzlumun da arxasında, yanındadır. Prezident Ərdoğan qlobal müstəvidə prosesin mürəkkəb olduğu bir dövrdə çox soyuqqanlı, konkret nəticələrə hesablanmış və ardıcıl siyasət aparır. Türkiyənin Qərblə yanaşı, Rusiya, Çin və türk dövlətləri ilə münasibətlərinin hansı yerdə olduğunu görürük. Türkiyə bu gün türk dünyasının lideri mövqeyində dayanıb. Bunu dəfələrlə təkrar edirəm ki, Türkiyə türk dövlətlərinin başıdırsa, ürəyi də Azərbaycandır. Bütün bunların bir araya gəlməsində Ərdoğan və Türkiyənin böyük əməyi var. Türkiyə-Azərbaycan münasibətlərinin özünün ən yüksək səviyyəsinə qalxması da bu dövrdə baş verdi. Bu gün Türkiyə-Azərbaycan ittifaqı türk dövlətlərinin Turan ideyası ətrafında birləşməsində öncüllük edir. Eyni zamanda, Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyi də unutmuruq. Ərdoğana Türkiyəni qaldırdığı yerdən baxdıqda, onu seçkilərdə məğlub edə biləcək namizədin olacağını da düşünmürəm. Görünür ki, olmayacaq da. Ərdoğanın böyük səs fərqi ilə qalib gələcəyini də deyə bilərəm. Türkiyənin bir sıra iqtisadi problemləri olsa da, Türkiyə cəmiyyəti bunun kənar təsirlər nəticəsində olduğunun fərqindədir. Türk cəmiyyəti anlayır ki, Türkiyənin özünü müstəqil dövlət və geosiyasi aktor kimi təsdiqləməsinin bir bədəli olacaq. Bu da ABŞ və Qərbdən Türkiyəyə edilən iqtisadi təzyiqlərlə əlaqəlidir. Amma yenə də bu məsələləri həll edə biləcək yeganə şəxs Ərdoğanın hələki özüdür. O ki qaldı məhşur “Altılıq” masasında ki, koalisiyasının namizədinin kim ola biləcəyinə bu suala deyəsən hələ özləri də cavab tapmaqda getdikcə zorlanırlar. Orada təmsil olunan siyasi partiyaların liderlərinin hər birinin öz fikri var, yəni sözləri bir araya gəlmir.

CHP liderinə gəldikdə, o, deyib ki, “Altılıq masası” namizədliyini irəli sürsə, bunu qəbul edəcək. İYİ partiyanın sədri Maral Akşənər baş nazir postuna iddialı olduğunu bildirib. Deva partiyanın sədri Əli Babacan da namizədliyi irəli sürüləcəyi halda buna “yox” deməyəcəyini söyləyib. Görünən budur ki, müxalif blokda təmsil olunanların hər biri öz maraqlarını güdür. Nəticəsi də budur ki, aylardır sözlərini bir yerə qoya bilmirlər. Seçkilərə az vaxt qalır, bir müddət sonra təbliğata başlamalıdırlar, amma ortada bir namizəd yoxdur.

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bir açıqlaması da bu günlərdə Türkiyədə müzakirə mövzusudur. İmamoğlu dedi ki, “CHP mənim gücümdən istifadə edə bilərdi, amma bunu etmədi. İmamoğlunun bu açıqlaması təsadüfi deyil, çünki CHP lideri onun namizədliyinə qarşıdır. “Masa”da yalnız Akəşənər onu dəstəklədiyini bildirib.

Müxalif birlik vahid namizəd irəli sürməlidir, amma orada təmsil olnan 6 partiyanın liderinin hərəsinin öz namizədi var. Çünki namizədlə bağlı fikir ayrılıqları həddindən artıq dərindir. Bu, müxalifətin elektoratında da ona qarşı narazılığı artırır. Bu baxımdan, müxalifətin vahid namizəd seçib-seçə bilməyəcəyi sual altındadır. Görünən budur ki, bu məsələnin həlli uzun vaxt aparacaq. Çünki “Masa”da olan 6 nəfərin hər biri düşünür ki, prezident olmağa layiqdir. Bu ambisiyaları da birliyə maneə yaradır, üstəgəl, onların heç biri bir-birinə güvənmir. Ərdoğan və türk milləti isə artıq bu məsələdə tamamən həmfikirdi. Yeni seçkilər olsa da köhnə prezident qalmalıdır. 

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Hamısı