“Bu məsələ ilə məşğul olan müvafiq qurumlar var, mütəmadi olaraq monitorinqlər keçirilir”.
Ednews xəbər verir ki, bu fikirləri jurnalistlərin apteklərdəki qiymət fərqlilikləri ilə bağlı sualına cavab olaraq, səhiyyə naziri Teymur Musayev səsləndirib.
“Belə hallarla qarşılaşdıqda, vətəndaşlar birbaşa Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər. Bütün müraciətlər araşdırılır”, - deyə nazir əlavə edib.