"Dostlarını xilas etmək üçün əlindəki qumbaranı partlatdı" Elçin Mirzəbəyli 20 Yanvardan danışdı

Siyasət 11:33 20.01.2023
Qanlı Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 20-siAzərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
 
Bu günlə bağlı Ednews-a danışan siyasi şərhçi, şair Elçin Mirzəbəyli bildirib ki, yanvarın 19-dan 20-ə keçən gecə və yanvarın 20-də, səhər saat 6-da şahidlik etdiyim qanlı hadisələr məni elə sarsıtmışdı ki, günün sonuna yaxın bir küncə çəkilib yazmağa başladım. Bir neçə bəndlik şeir yazacağımı düşünürdüm, amma nəticədə poema alındı.
 
O, xatırladı ki, yanvarın sonuna yaxın tələbə və hərəkat yoldaşlarımla birlikdə bu poemanı səhnələşdirmək qərarına gəliblər: 
 
"Bütün qadağalara və universitetdən qovulmağımız üçün bəhanə axtarıldığına baxmayaraq, fövqəladə vəziyyət rejimində məşqlərə davam edirdik. Fasiləsiz məşqlərdən sonra tamaşanı ilk dəfə Dövlət Konservatoriyasında nümayiş etdirdik. Rejim qulluqçuları imperiyanın iç üzünü açan hər kəlmədən sonra cəhənnəmə gedib qayıdırdılar. Yüzlərlə insan tamaşanı ayaq üstə izləyir, hər sözə reaksiya verir, şər imperiyasına, onun cinayətkar ordusuna lənət oxuyur, Azərbaycanın istiqlalını tələb edirdilər. Tamaşanı Bakı Dövlət İnversitetində nümayiş etdirdiyimiz gün isə tamamilə fərqli bir atmosfer vardı. Tamaşa salonundan kənarda əli silahlı əsgərlər, içəridə isə yalın əllə bizi müdafiə edən, qoruyan qardaş və bacılarımız. Bizi Bakı Dövlət Universitetinə Qorxmaz İbrahimli dəvət etmişdi. Təşkilatçılarla bağlı mənə və əziz həmkarlarıma bəlli olmayan məqamları şübhəsiz ki, o daha yaxşı bilir".
 
E. Mirzəbəylinin sözlərinə görə, tamaşaçı sayının nə qədər olduğunu unutmuşam çünki indi də təxminən 300 nəfərin sığışa biləcəyi bir salona bu qədər insanın necə sığışdığını təsəvvür edə bilmirəm.
 
"Tamaşada işıq effektləri ilə bağlı bizim “tapança” adlandırdığımız işığa ehtiyac vardı. Bakı Dövlət Universitetində olmadığı üçün özümüzlə gətirmişdik. İşığı quraşdırmağa imkan olmadı. Tələbə yoldaşımız, can dostumuz Vaqif Əhmədov işığı əlləriylə yönəldəcəyini dedi. Tamaşa başa çatdıqdan sonra Vaqifin hər iki əlinin yandığını gördük. Əlləri yansa da işığı buraxmamışdı. Vaqif sonralar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid oldu. Dostlarını xilas etmək üçün əlindəki qumbaranı və işğalçı ordunun qaniçən əsgərlərini partlatdı... 
 
29 il öncə mənimlə bir yerdə həyatlarını, gələcəklərini təhlükəyə atan əziz dostlarıma minnətdarlıq borcum var. Dostlar, fədakarlığınızı unutmamışam! Var olun!"
 
Oğuz Ayvaz
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı