ABŞ-nin Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını şərh edib.
Ednews xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.
Qurum məsələyə Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından yanaşıb.
“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, - Prays vurğulayıb.
Hərçənd, məlum aksiyanın təşkilinə icazə verən məhz İsveç hökuməti olub.