Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb.
Ednews xəbər verir ki, bu barədə nazir rəsmi "Twitter" hesabında məlumat verib.
"Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu", - deyə XİN başçısı qeyd edib.
Qeyd edilib ki, tərəflər strateji münasibətlərin dərinləşməsini müzakirə ediblər.