Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Ednews xəbər verir ki, Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutan görüş barədə XİN başçısı rəsmi “Twitter” hesabında məlumat verib.
“Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşdük.
Görüş zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi eləcə də regiondakı son vəziyyətlə bağlı məsələlər müzakirə edildi”, - deyə azərbaycanlı diplomat qeyd edib.