“İsrailin yeni xarici işlər naziri Eli Koen azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar zamanı iki ölkə arasında tərəfdaşlığın İsrailin yeni hökuməti dövründə də davam edəcəyini təsdiqləyib. Mühüm strateji fəaliyyət sahəsi İran molla rejiminin təcavüzkar ekspansionist siyasətinə qarşı yönəlmiş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır».
Ednews xəbər verir ki, bu barədə Almaniyadakı yəhudi nəşri “Judische Europa”da İsrailin Azərbaycanla əlaqələri haqqında dərc olunan məqalədə bildirilib.
Nəşr qeyd edir ki, Rusiya Federasiyası və Tehrandakı mollalarla yaxın olan Fransanın Azərbaycan-Ermənistan arasındakı münasibətlərindəki mövqeyi çox təhlükəlidir.
Həmçinin məqalədə 9 nazir də daxil olmaqla 30 israilli parlamentarinin Azərbaycan Respublikasının Milli Məclisinə İsrailə dəstək ifadə edən mesajından da bəhs edilib.