Avropa Şurasında Azərbaycanın üzləşdiyi mina problemi ilə əlaqədar tədbir keçirilib

Siyasət 09:11 27.01.2023

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 23-27 yanvar tarixlərində keçirilən qış yarım-sessiyası çərçivəsində, ölkəmizin üzləşdiyi mina problemi ilə əlaqədar “Humanitar minatəmizləmə fəaliyyəti: sülhə və dayanıqlı inkişafa yol açmaq” başlığı altında tədbir təşkil edilib.

Ednews xəbər verir ki, məcburi köçkünlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini və Azərbaycanda davam edən minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin zəruriliyini vurğulamaq məqsədilə keçirilən tədbirdə AŞPA üzvləri, Strasburqdakı diplomatik korpusun nümayəndələri, Avropa Şurası katibliyinin əməkdaşları və digər əlaqədar şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Azərbaycanın dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən biri olduğunu və post-münaqişə dövründə bu ciddi humanitar problemin fəsadları ilə üz-üzə qaldığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinin genişmiqyaslı yenidənqurma və bərpa işlərinin sürətinə mane olduğunu, insanların həyat və təhlükəsizliyinə, bununla da yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşmasına ciddi təhlükə yaratdığını vurğulayıb. 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə mina partlayışları nəticəsində 282 insanın həlak olması və ya yaralanması faktının problemin ciddiliyini göstərdiyini söyləyib.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının məsul işçisi Sultan Hacıyev və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirilmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov təqdimatla çıxış ediblər.

S.Hacıyev uğurlu humanitar minatəmizləmənin azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasının başlıca şərtlərindən biri olduğunu vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə davamlı səylərindən danışıb. O, minalar və partlamamış hərbi sursatlar probleminin həllinin regionda inkişaf və sabitlik üçün böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

R.Əzizov ölkəmizin üzləşdiyi bu problemin miqyası və mürəkkəbliyi, ANAMA-nın minatəmizləmə əməliyyatlarında tətbiq etdiyi qabaqcıl üsullar, bu sahədə əldə edilmiş nəticələr və çağırışlar haqqında auditoriyaya məlumat verib.

Çıxışlarda və habelə auditoriyanın suallarına cavablarda minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti prioritet sahələrdən biri kimi ayrıca olaraq diqqətə çatdırılıb.

Tədbirə yekun vuran S.Seyidov xüsusilə natiqlərin təqdimatında bəhs edilən, bölgəmizdə münaqişə bitdikdən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə gətirilməsi faktını bir daha diqqətə çatdırıb və bu mühüm faktın Laçın yolu ətrafında Azərbaycan əleyhinə aparılan kampaniya kontekstində hər kəs tərəfindən ciddi nəzərə alınmalı olduğuna dair AŞPA və digər beynəlxalq təsisatlara çağırış edib./trend/

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı