“Terrorçuların cəzalandırılmasını tələb edirik” - Prezident - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

“Terrorçuların cəzalandırılmasını tələb edirik” - Prezident

Siyasət A- A A+
“Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik”.
 
Ednews xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma dair paylaşımında deyilir.
 
“Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”, - Prezident İlham Əliyev qeyd edib.
 
 
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
 
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...