MM sədri İrandakı səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edib - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

MM sədri İrandakı səfirliyimizə xain hücumun obyektiv araşdırılmasını tələb edib

Siyasət A- A A+
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.
 
Ednews  xəbər verir ki, spiker bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb edib.
 
“Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik.
 
Hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - Sahibə Qafarova vurğulayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...