Makron özünü sığortalamaq üçün Rusiyaya tərəf “əsir” Ekspertdən SƏBƏBLƏR

Siyasət 15:17 31.01.2023

Rusiya ilə Ukrayna arasında müharibə artıq 11-ci ayını tamamlayır. Bununla yanaşı, Qərb də proseslərdən xeyli narahat olmağa başlayıb. Hətta Fransa Ukraynanın silahlandırılmasında xeyli maraqsız tərəf kimi özünü göstərməyə başlayıb. 

Ötən gün Fransa prezidenti Emmanuel Makronun Ukraynaya silah təchizatı ilə bağlı çıxışı bu baxımdan maraq doğurub. Makron açıqlamasında qeyd edib ki,  Ukraynaya Qərb və Aİ dövlətləri tərəfindən göndərilən silahlar Rusiyaya qarşı eskalasiyaya yönəldirilə bilməz.

Məsələ ilə bağlı Ednews-a danışan politoloq Elşən Manafov bildirib ki, Makronun bu fikirləri söyləməyə vadar edən səbəb müharibədəki proseslərin effektsiz formada uzanması, habelə Avropa ölkələrində yaranan iqtisadi gərginliklərlə bağlıdır. 

“Əslində Fransa və Rusiya arasında başlanğıcda gərginlik mövcud olub və bu gərginlik Fransanın ilk baxişda Ukraynanın mudafiəsinə istiqamətləndirilən hərəkətləri və əlbəttə rəsmi Parisin Rusiyaya qarşi yönəlmiş iqtisadi sanksiyaları dəstəkləməsi ilə bağlı olub. Lakin iqtisadi sanksiyalar hələlik Qərbin gözlədiyi effekti verməyib, həmçinin bu sanksiyalardan Avropadakı bir sıra transmilli korporasiyalar kimi fransız şirkətləri də əziyyət çəkir və itkilər verirlər. Bir sözlə, Fransa da NATO-ya daxil olan digər dövlətlərlə yanaşı, Ukraynanın silahlandırmasında maraqlı görünmür. Bu da bəllidir ki, Rusiyaya qarşı muharibənin uzun çəkməsi və yaxın perspektivdə Rusiyaya qalib gəlməyin qeyri perspektivsizliyi Qərbin ümidlərini azaldır”. 

Ekspert əlavə edib ki, Aİ ölkələri, xüsusilə Fransa hökuməti ölkədəki işgüzar dairələrin təzyiqi qarşısında qalıb. 

“Ölkədə enerji tariflərinin yuksəlməsi digər sahələrdə də bahaliğa səbəb olub. Bu baxımdan təhsil, səhiyyə, nəqliyyat daxil olmaqla muxtəlif peşə sahiblərinin etiraz aksiyaları guclənməkdədir. Heç şubhəsiz daxildə yaranan vəziyyət Fransa hökumətini də duşunməyə, korporativ maraqlardan çıxış edərək manevrlər etməyə sövq edir”,- deyə, E.Manafov bildirib.  

Ekspertin sözlərinə görə,  rəsmi Pentaqon hətta sonda Rusiyanın qalib gələcəyi ilə bağlı bəzi mülahizələr irəli sürüb. 

“ABŞ-dan gələn siqnallar Makron kimi siyasətçiləri belə bir vəziyyətdə özlərini sığortalamağa vadar edib. Müharibə nəticəsində infrastrukturu və iqtisadiyyatı dağılmış, yararsız hala gəlmiş Ukraynanın hətta uzaq perspektivdə belə alınan milyardlarla kreditləri qaytara bilməyəcəyi də artıq qlobal maliyyə mərkəzlərini düşündürməkdədir. Makron isə bu mərkəzlərə bağlı, hətta onların təmsilçisi olan siyasətçilərdən biridir. Görünür onun təmsil etdiyi Rotşildlər postmüharibə dövrundən sonrakı dünyanın nizamı ilə bağlı Putinlə hansısa müzakirələri aparıblar və böyük ehtimal ki, Makronun "bizim Ukraynanı silahlandırmağımız Rusiya ilə gərginliyin eskalasiyasına xidmət etməməlidir və ya bu silahlardan heç bir vəchlə Rusiya ərazisinə zərbələr endirilməməlidir" kimi açıqlamalara da məhz bu konteksdən gələn mesajlar kimi yanaşilmalıdır”. 

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı