“İran bizə müharibə elan edib, buna uyğun cavab verməliyik” - Fəzail Ağamalı - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

“İran bizə müharibə elan edib, buna uyğun cavab verməliyik” - Fəzail Ağamalı

Siyasət A- A A+
“Səfirliyimizə qarşı törədilən terror aktı ərazimizə təcavüz kimi qiymətləndirilməlidir. Bu hücum İran ali rəhbərliyinin mövqeyidir”.
 
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.
 
“İran dövlətinin mahiyyəti budur. İranla bütün münasibətlərə son qoyulmalı, bütün layihələr dayandırmalıdır. Çünki İran Azərbaycana qarşı bütün kartlarını açaraq, bizə hücum edib. Biz də onlara güzəştə getməməliyik.
 
İran agentura şəbəkəsinin araşdırılmasına başlanılıb. Ümidvaram ki, hüquq-mühafizə orqanları bu istiqamətdə sona qədər gedərlər və nəticədə İranın yaratdığı şəbəkə tamamilə ifşa edilər. İran bizə müharibə elan edib, biz də buna uyğun cavab verməliyik”, - deyə deputat əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...