Avstriya prezidenti Aleksandr Van der Bellen Kiyevə səfərə gəlib.
Ednews xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.
Prezident gəlişi ilə bağlı Kiyev vağzalının platformasında çəkilən fotolara bu qeydləri əlavə edib:
“Ukrayna prezidenti Volodimir Zelenski və cəsur Ukrayna xalqı ilə birlikdə biz Avropa dəyərlərinin tərəfdarıyıq”.
Xatırladaq ki, yanvarın sonlarında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Zelenski ilə görüşmək üçün Kiyevə gəlmişdi.
