Polşa lideri Baydenin Mərkəzi Avropaya səfər edəcəyini təsdiqləyib - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Polşa lideri Baydenin Mərkəzi Avropaya səfər edəcəyini təsdiqləyib

Siyasət A- A A+

ABŞ Prezidenti Co Bayden fevral ayında Mərkəzi Avropaya səfər edəcək, lakin hansı ölkələrə səfəri bir neçə gündən sonra məlum olacaq.

Ednews xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda və Latviya Prezidenti Egils Levits Riqada keçirdikləri birgə mətbuat konfransında deyiblər.
"Biz Prezident Baydenin səfərini gözləyirik. Prezident Bayden yəqin ki, fevralda Avropanın bizim olan hissəsinə gələcək", - Duda deyib.
O, eyni zamanda əlavə edib ki, Mərkəzi Avropa Rumıniyadan Estoniyaya qədər olan əraziləri əhatə edir və beləliklə onun hansı ölkəyə səfər edəcəyi qeyri-müəyyəndir. "Bizdə belə bir məlumat yoxdur. Ola bilsin ki, yaxın günlərdə bu haqda məlumat əldə edək", o deyib.

Dudanın sözlərinə görə, belə bir səfərdə təhlükəsizlik ciddi məsələsidir, ona görə də onun təfərrüatları gizli saxlanılır.
"ABŞ Prezidentinin belə çətin bir zamanda Avropanın bu hissəsinə - Ukraynada hərbi əməliyyatların aparıldığı yaxın əraziyə səfəri bizim təhlükəsizliyimizin möhkəmləndirilməsidir”, - Polşa Prezidenti vurğulayıb.

Latviya Prezidenti vurğulayıb ki, Baydenin bu səfəri bütün müttəfiqlər, eləcə də Rusiya üçün çox vacib siqnal olacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...