Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyəti - ARTIRILDI - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyəti - ARTIRILDI

Siyasət A- A A+
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.
 
Ednews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamda göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərmək tapşırılıb.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...