“Qərbi Azərbaycan məsələsində tarixi ədalət bərpa olunacaq” - Politoloqdan ŞƏRH - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

“Qərbi Azərbaycan məsələsində tarixi ədalət bərpa olunacaq” - Politoloqdan ŞƏRH

Siyasət A- A A+

"Qərbi Azərbaycan məsələsi Azərbaycan siyasi gündəminin önəmli məsələsidir. Çünki, bu məsələnin tarixi yüz ildən artıq bir dövrü əhatə edir. 19-cu əsrin ortalardında İrəvan quberniyası işğal edildikdən sonra Türkmənçay müqaviləsinə uyğun olaraq həmin torpaqlara Osmanlıdan ermənilər köçürülərək, erməni vilayəti yaradıldı. Məhz, Rusiya İmperiyasının yaratdığı milli ədavət nəticəsində dörd dəfə azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edildi. Ən son deportasiya 1988-ci ildə həyata keçirilib. 1905-1907, 1918-1920 -ci illərdə tarixi Azərbaycan torpaqlarında baş verən qətliamlar, deportasiyalardan sonra SSRİ hakimiyyəti Ermənistanda qurulduğu zaman hər kəs siyahıya alındı".

Bu sözləri Ednews-a politoloq Oqtay Qasımov deyib. O, bildirib ki, o zaman SSRİ mənbələri 570 min azərbaycanlının bu torpaqlarda yaşadığını qeyd edib. Həmin zamanda isə Ermənistanın əhalisi 1 milyon 250 min nəfər idi. Yəni, hətta, ağır deportasiyalar olsa da, azərbaycanlılar yenə də Ermənistanda əhalinin yarısını təşkil edirdi.

“Daha sonra soydaşlarımız birbaşa SSRİ-nin nəzarəti ilə Ermənistan adlanan ərazidən köçürüldü. Onların hüquqları beynəlxalq səviyyədə işıqlandırılmadı. Qayıdışla bağlı bir çox fikirlər irəli sürülsə də, nəticə vermədi. Düşünürəm ki,bunlardan ən sistemlisi yeni yaradılan icmadır. İcmanın son bir neçə ayda ciddi fəaliyyətə başlayıb. Sənədlərin toplanması, soydaşların siyahısı, toponimlər və.s istiqamətdə işlər görülür. Son olaraq icma tərəfindən Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanıb, qəbul edilb. Azərbaycan dövləti haqlı olaraq, erməni revanşizmini gündəmə gətirir. İş sistemli şəkildə davam etsə, tarixi ədalət bərpa olunacaq".

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...