Azərbaycan qazı Avropa ölkələri üçün sığortaya çevrilib - Klaus Yohannis - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan qazı Avropa ölkələri üçün sığortaya çevrilib - Klaus Yohannis

Siyasət A- A A+
Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrilib.
 
Ednews xəbər verir ki, bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında Rumıniya Prezidenti Klaus Yohannis deyib.
 
"2022-ci ildə biz hamımız qaz çatışmazlığı və ya mümkün qaz tədarükünün olmaması, qiymətlərdə dəyişkənlik, bazarda turbulentlik kimi görülməmiş enerji problemləri ilə qarşı-qarşıya gəldik. Bu problemlər mürəkkəb siyasət və tənzimləmədə dəyişikliklər tələb edirdi. Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrildi.
 
Azərbaycanın, şəxsən Prezident cənab İlham Əliyevin Avropa bazarının Xəzər qazına çıxışı ilə bağlı verdiyi təminatlar bazarlardakı belə gərgin vəziyyətdə bu cür mühüm stabilliyi və proqnozlaşdırma imkanını təmin etdi.
 
Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlıq sahəsində imzalanmış Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya strategyiasının mühüm tərkib hissəsi kimi rolunun daha da möhkəmlənməsinə yol açır", - Rumıniya Prezidenti deyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...