İlham Əliyev: “Azərbaycan-İtaliya əməkdaşlığı strateji tərəfdaşlıq ruhunda inkişaf edir” - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

İlham Əliyev: “Azərbaycan-İtaliya əməkdaşlığı strateji tərəfdaşlıq ruhunda inkişaf edir”

Siyasət A- A A+
Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirib.
 
Ednews xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratinini qəbulu zamanı deyib.
 
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir.
 
Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb. 
 
Diqqətə çatdırılıb ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...