“Zəlzələ bizi çətin duruma salıb. Mənim 7 övladım var. Aclıqdan, susuzluqdan ölürük, bilmirəm nə edim”.
Ednews xəbər verir ki, bu fikirləri Cənubi Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən əziyyət çəkən sakinlərdən biri deyib.
Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ahıl yaşlı qadın zəlzələdən sonra yaranmış kritik vəziyyətdən şikayətlənib.
O, hökumət tərəfindən zərərçəkmişlərə hər hansı yardımın göstərilmədiyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 29-u İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 nəfər ölüb, 800-dən çox şəxs isə yaralanıb.