Rəsmi qəzetdən İran-Ermənistan dostluğu ilə bağlı TƏNQİDİ KARİKATURA - FOTOLAR - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Rəsmi qəzetdən İran-Ermənistan dostluğu ilə bağlı TƏNQİDİ KARİKATURA - FOTOLAR

Siyasət A- A A+
“Xalq qəzeti”nin bugünkü sayında İran dövlətinin regionda apardığı pozucu siyasəti tənqid edən yazı dərc edilib.
 
Ednews xəbər verir ki, məqalə İranın Ali Rəhbəri Əli Xamenei, ölkənin prezidentin İbrahim Rəisi və Ermənistan Baş naziri Nikol Paşinyanın əks olunduğu karikatura ilə birgə nəşr edilib.
 
“Xameneiçilik – İranın şər düsturu, türk düşmənçiliyi və donuz əhvalatı” başlıqlı yazıda İranın hər zaman Ermənistanla əlbir olması və Azərbaycana qarşı birgə hərəkət etmələri qeyd edilib.
 
Məqalədə bildirilib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş qanlı terror hücumundan sonra gözlənilirdi ki, Tehran özünün anti-Azərbaycan təbliğatına ara verəcək:
 
“Lakin bunun əksi müşahidə olunmaqdadır. Hələ bu azmış kimi, təbliğat, sanki, tamamilə yeni mərhələyə qədəm qoymaqdadır”.
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...