“Sübutlar hadisənin mütəşəkkil həyata keçirildiyini göstərir” - Azərbaycan XİN - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

“Sübutlar hadisənin mütəşəkkil həyata keçirildiyini göstərir” - Azərbaycan XİN

Siyasət A- A A+
İran tərəfdən səfirliyimizə hücum edən şəxsin daha əvvəl hansı fəaliyyətlə məşğul olması, hansısa bir təşkilata üzv olması barədə heç bir rəsmi məlumat daxil olmayıb. 
 
Ednews xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.
 
O bildirib ki, bütün sübutlar hadisənin mütəşəkkil formada həyata keçirildiyini göstərir.
 
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. 
 
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...