Hatayın Antakya ərazisində baş verən zəlzələnin 122-ci saatında dağıntılar altından 2 yaşlı uşaq xilas edilib.
Ednews "TRT Haber" ə istinadən xəbər verir ki, “Asya” adlı 2 yaşlı qızcığaz xilasedicilər tərəfindən sağ şəkildə xilas edilib.
Asya daha sonra təcili yardımla xəstəxanaya aparılıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. 91 511 nəfər isə yaralanıb.