ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Ednews xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüş yerli vaxtla saat 13:35-ə planlaşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev və Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edirlər.