Üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. Biz də öz növbəmizdə rusiyalı tərəfdaşlarımızı bəzi nöqtələrdəki vəziyyətlə bağlı məlumatlandırdıq. Ermənistan tərəfinin sülh müqaviləsi üzrə işlərlə bağlı qeyri-konstruktiv mövqeyini davam etdirməsi təəssüflə qeyd olunub.
Ednews xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.