Təxminən 50 nəfərdən ibarət Ukrayna diversiya-kəşfiyyat qrupu (DKQ) Bryansk vilayətinin Suşanı kəndini girov götürüb.
Ednews “RİA “Novosti”-yə istinadən xəbər verir ki, ümumi sayı 50 nəfər olan iki Ukrayna diversiya-kəşfiyyat qrupu Bryansk vilayətinə daxil olaraq yerli sakinləri girov götürüb. Hər iki qrup Klimovski rayonuna nüfuz edib.
“Ümumi sayı 50 nəfər olan iki Ukrayna DKQ Bryansk vilayətinə daxil olaraq yerli sakinləri girov götürüb. Hər iki qrup Klimovski rayonuna nüfuz edib.
Artıq hadisə yerinə yerli təhlükəsizlik xidmətləri gəlib. Suşanı kəndində şiddətli döyüş gedir.
Onlar Bryansk vilayətinin Lyubeçane kəndinə soxulub, bir nəfər ölüb, on yaşlı uşaq yaralanıb”, – məlumatda deyilir.
Yaralanmış qız uşağının xəstəxanada öldüyü deyilir.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələri “təxribat qrupunu məhv etmək üçün bütün lazımi tədbirləri görür”.
***
Rusiya Federal Təhlükəsizlik Xidməti Bryansk vilayətində diversantların olması ilə bağlı xəbərlərə münasibət bildirib.
“Bryansk vilayətinin sərhəd Klimovski rayonunda Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya Federasiyası Müdafiə Nazirliyinin ona bağlı qüvvələri dövlət sərhədini pozan silahlı ukraynalı millətçilərinin məhv edilməsi üçün tədbirlər görür”, - deyə departamentdən bildirilib.