Qərb mətbuatından İDDİA:Ruslar orduya türk millətlərini cəlb edir Politoloqdan GİZLİ MƏQAMLAR

Siyasət 09:40 07.03.2023
Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Rusiyanın bölgələrində adambaşına düşən əsgər ölümlərinin sayı barəsində statistika yayımlanıb.
 
“BBC” və “Mediazona” agentliklərinin yaydığı statistikaya əsasən, Rusiya höküməti tərəfindən müharibəyə göndərilən əhalinin daha çox qeyri-ruslar – türk-müsəlman xalqlarının nümayəndləri olduğu məlum olub. Maraqlıdır, Rusiya etnik zəmində yürütdüyü bu siyasətlə nəyə nail olmaq istəyir?
 
Mövzu ilə bağlı Ednews-a danışan siyasi şərhçi Turab Rzayev məsələnin həm təbii, həm də siyasi tərəflərinə toxunmaqla bir çox məqama aydınlıq gətirib:
 
“Rusiya vətəndaşı olan ruslar, slavyan kökənli əhali artıq ölkədə orduda və təhlükəsizlik qüvvələrində çalışmaqdan boyun qaçırır. Orduda, dəniz qüvvələrində maaşların kifayət qədər yüksək olmasına baxmayaraq zabit həyatını seçmirlər. Orduda xidməti davam etdirməyə daha çox Dağıstan, Çeçenistan, Buratiya, Altay, Saxa və s. muxtar respublikalardan olan gənclər maraqlıdır. Çünki bu bölgələrdə sosial-iqtisadi vəziyyət daha ağırdır, iş tapmaq çətin olur. Danılmaz faktdır ki, bu vilayətlərdə hökm sürən ağır yaşam şərtləri, həm də Rusiyanın qeyri-ruslara qarşı qərəzli mövqeyinin  nəticəsidir. Təbiidir ki, Rusiya vətəndaşı olan qeyri-ruslar da müharibə başlayandan bəri orduya cəlb olunub. Ana vətəni Rusiya Federasiyası olan xalqlar – çeçenlər, avarlar, başqırdlar, inquşlar, tatarlar və s. türk-müsəlman əhalinin köçəcək  yeri yoxdur”.  
 
 
Politoloq qeyd edib ki, Rusiya müharibədə daha təhlükəli zonalara, itkilərin daha çox ola biləcəyi ərazilərə türk-müsəlman, Qafqaz xalqlarının nümayəndələrinin çoxluq təşkil etdiyi ətraf regionlardan olan birlikləri göndərir:
 
“Səfərbərlik elan olunarkən də orduya cəlb edilənlər arasında qeyri-rusların üstünlük təşkil etdiyini müşahidə etmək olurdu. Hətta Dağıstanda ordu silahlıları kəndbəkənd daxil olub, kəndin giriş-çıxışını bağlayıb, axtarış aparırdı, döyüş qabiliyyətli hər kəsi məcbur müharibəyə aparırdılar. Bir ailədən bir neçə nəfərin - ata, oğul, bir neçə qardaş, səfərbərliyə cəlb olunduğu hallar baş verir. Ətraf  bölgələrdə yaşayan əhali hüquqlarını bilmir, təşkilatlana bilmir, maddi vəziyyət də ürəkaçan deyil. Mərkəzdə Moskva, Peterburq kimi böyük şəhərlərdə isə belə hallar baş vermir. Müharibədə ön cəbhəyə göndərilənlərin əksəriyyəti də qeyri-ruslardır, həm də köhnə silahlarla. Rusiyada müharibə başlayandan bəri həbsxanalarda olan məhkumların sayının 25 min nəfərə qədər azaldığı güman edilir. Azadlığa buraxılmaq qarşılığında bu şəxslər məcbur müharibəyə göndərilir, həlak olur, qaçır və ya əsir düşür”. 
 
Ekspert bildirib ki, immiqrantların müharibəyə çağırılması qanunsuzdur:
 
“Keçmiş MDB ölkələrindən Rusiyaya köçən miqrantlar – azərbaycanlılar, gürcülər, ermənilər, taciklər, özbəklər və s. müharibədən yayınmaq üçün öz ölkələrinə dönürdülər. Bu qisim şəxslərin bəzilərinin ikili vətəndaşlıq və ya ikili hərbi xidmət haqqında müqavilələri var. Məsələn, hazırda Rusiyada yaşayan bir tacik öz ölkəsində xidmət keçibsə, həm də, Rusiyada xidmət etmiş sayılır, eləcə də əksinə. Qeyd edim ki, taciklərin, özbəklərin qeyri-qanuni müharibəyə aparılmasına Tacikistan və Özbəkistan rəhbərliyi etiraz edib. Vətəndaşlıq və ya müvəqqəti yaşayış icazəsi vermək vədi ilə immiqrantların müharibəyə çağırılması qanunsuzdur. Bununla bağlı hətta qanun layihəsi çıxarmaq istəyirdilər”.
 
 
Törə Zeynallı
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
Hamısı