“Aİ Missiya Ermənistanın təxribatlarına hüquqi qiymət verməlidir” M.Ritterin fikirlərinə POLİTOLOQLARDAN CAVAB

Siyasət 12:30 30.03.2023

Almaniyanın "Deutsche Welle" qəzetində yayımlanan müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter absurd bəyanatla çıxış edib. O deyib ki, guya Azərbaycan yaz aylarında Ermənistana hücuma hazırlaşır. M.Ritter bu fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib.

Ritter ardınca “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ Missiyasının uğuru olacağını” qeyd edib. Ritterin bu iddiasını erməni siyasilər belə təkzib edib. Belə ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Andranik Köçəryan “Armenia Today” nəşrinə müsahibəsində bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan qoşunları toplanmayıb.

Buna baxmayaraq, sözügedən missiya üzvlərinin bu sayaq qərəzli mövqe sərgiləməsi onların hansısa məqsədlərə xidmət etdiyinin göstəricisidir. 

Görəsən, missiyanın bu qədər qərəzli yanaşma sərgiləməsinin arxasında hansı səbəblər dayanır? 

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqının missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr ilk gündən yaranmışdı. Elə ilk gündən Ermənistan tərəfi Azərbaycana iftira atmaqla kifayətlənməyib, Avropa İttifaqının adından saxta bəyanat da yaymışdı:

“Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin açıqlamasından 3 ay öncə eyni məzmunda iftira dolu bəyanatı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bəyan edib. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda yazıb ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib. Aİ-nin ortada heç bir bəyanatı olmadığı halda bu qurumun adından danışan Marukyan Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham etməkdən çəkinməyib, guya Azərbaycanın Ermənistana qarşı “terror planlayacağı haqda iftira atıb. İndi də Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin  eyni bəyanatla, Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını səsləndirir. Guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsi, onu göstərir ki, Ritter təlimatları Ermənistan XİN-dən alır”. 

Politoloq əlavə etdi ki, Aİ missiyasının əsas vəzifəsini Missiyanın mandatı iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Aİ-nin daha əsaslı dəstəyini təmin etmək olsa da, Ritter missiyanın mandatını “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edir:

“Avropa İttifaqının missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr ilk gündən yaransa da, təcavüzkarı müdafiə etmək vəzifəsini üzərinə götürən Aİ missiyası real məqsədlərinı indi elan edir. Bunun üçün də Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi adı ilə imitasiya ilə məşğuldur. Bu isə Aİ ilə Azərbaycan arasında güvən mühitini zədələyir”.

Siyasi şərhçi Tural Əliyev də mövzu ilə bağlı fikirlərini qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqının bölgəyə gəlişindən əvvəl hansı missiyanı yerinə yetirəcəyi ilə bağlı təxminlər var idi. Bu yaxınlarda Aİ Müşahidə missiyasının rəhbərinin erməni mətbuatına açıqlamasında həftəlik məxfi hesabatlar hazırlayaraq Brüsselə göndərildiyi deyilir. 

“Ardınca Ermənistan xarici işlər naziri guya bu hesabatlarla Ermənistan hakimiyyətinin tanış olmadığını, bu məlumatların yalnız Aİ ölkələrinə aid olduğunu deyərək manipulyativ manevrlərlə həqiqəti gizlətməyə çalışdı. Bu missiyanın gəlməsində israrla Fransan istəyirdi, nə qədər təzadlı səslənsə də İranın da işinə yarayır. Keçən ilin oktyabr ayından missiya fəaliyyətə başladı, ilk missiya mülki xarakterli, daha az sayda və qısa müddətə nəzərdə tutulmuşdu. Bu ilin fevralından isə uzun müddətə və geniş tərkibdə, artıq mülki qiyafəsindən çıxaraq içərisində hərbçilər, jandarm və kəşfiyyatçılardan ibarət missiya formalaşdı”. 

Politoloq vurğuladı ki, missiya bitərəf və hansısa münaqişəni həll etməyə deyil, Ermənistan ərazisindən kəşfiyyat aparmaq məqsədilə müəyyən maraqlara xidmət üçün regiondadırlar. 

“Əsas hədəfləri Zəngəzur dəhlizinin açılmasına mane olmaq, yeni logistik və meqalayihələrin həyata keçməsinə əngəl olmaqla strateji regional xəttlərə nəzarəti həyata keçirməyə niyyətləniblər. Bu, dərində yatanda əsas səbəbdir, bunu  açıq söyləyə bilmirlər. Bəs, hansı şəkildə missiyanın Ermənistandakı fəaliyyətinə hüquqi, siyasi və diplomatik əsaslar yaratsınlar?! Bu baxımdan Aİ Missiyasının rəhbəri Markus Ritter cəfəng dolu fikirlər səsləndirərək, guya Azərbaycan tərəfdən hansısa aqressiv hərbi əməliyyatların qarşısını almaqla mötəbər bir funksiya ilə məşgul olurlar. Missiya öz üzərinə düşən vəzifələri icra etmək istəyirlərsə Ermənistanın təxribatlarına hüquqi qiymət versinlər. Məxfi məlumatlar göndərməkdənsə şəffaf şəkildə bəyan etsinlər ki, konkret vəzifələri nədən ibarətdir. Missiyanın işi Ermənistanı üzərinə düşən öhdəliklərdən xilas etməkdirsə, əksinə regionda həssaslığı bir o qədər də artıracaq. Ermənistan ərazisi isə geosiyasi maraqların toqquşduğu məkana çevriləcək”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı