Aprelin 11-də erməni separatçıları Laçın rayonunun Ermənistanla sərhədində təxribat törədərək, sabitliyi pozublar. İnsident nəticəsində Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.
Bu təxribat zamanı ermənilər açıq-aşkar elan ediblər ki, İranın pilotsuz təyyarələrindən istifadə ediblər. İran isə özləri də vəziyyəti müşahidə etmək üçün özünün şimal, Azərbaycanın isə cənub sərhədlərinə pilotsuz təyyarələr buraxdıqlarını artıq bəyan ediblər.
Bəzi siyasi analitiklırin fikrincə, İrəvanın növbəti təxribatına bir müddət əvvəl rəsmi Bakının sülh sazişinin bağlanması ilə bağlı səbrinin tükəndiyini bildirməsi səbəb ola bilər. Digərləri isə düşünür ki, bu İlham Əliyevin son Türkmənistan və Qazaxıstan səfərləri Ermənistanla yanaşı onların havadarlarını yaman qıcıqlandırıb. Görünür, Türk dövlətlərinin birliyi bəzi qüvvələri çox narahat edir.
Mövzu ilə bağlı Ednews-a türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar danışıb. O, ilk öncə Ermənistanın Azərbaycan mövqelərinə hücumu nəticəsində şəhid olan qəhrəman əsgərlərimizin yaxınlarına başsağlığı verib:
“Fikrimcə bu qarşıdurmanın səbəbi və təxribatının heç bir halda Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən zirvə toplantısı və Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin sonrakı səfərləri ilə heç bir əlaqəsi yoxdur. Hücum tamamilə İran tərəfindən fars molla rejiminin dəstəyi və təxribatı ilə həyata keçirilən hücumdur. Azərbaycan dövləti ilə Təbrizdə fars molla rejimi arasında yaşanan gərginlik və səfirlikdə baş verən terror hadisələri ilə bağlıdır. Bu gərginlik fonunda İran ilə Azərbaycan arasında soyuq müharibəni tətikləmiş və İran bu mühitdə erməni qüvvələrindən istifadə edərək Azərbaycana hücum etmişdir”.
Oğuz