Siyasi şərhçidən SƏRT MÖVQE: “Ermənistan ya bizim sözümüzlə oturub-duracaq, ya da cəhənnəm olub gedəcək”

Siyasət 13:14 20.04.2023

“Nikol Paşinyanın parlamentdəki son açıqlamalarından sonra Ermənistandakı revanşçı dairələr, o cümlədən 44 günlük müharibə zamanı Qarabağdan dovşan kimi qaçan müharibə cinayətkarları vaxtilə Azərbaycanın muxtar inzibati ərazi subyekti kimi mövcud olmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti” ilə bağlı tarixi və hüquqi məqamları təhrif etməklə, rəsmi İrəvanın Alma-Ata Bəyannaməsi ilə ölkəmizin ərazi bütövlüyünü tanıması faktının üzərinə kölgə salmaq istəyirlər”.

Bu sözləri Ednews-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik qeyd edib ki, revanşistlərin qənaətinə görə, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycanın tərkibindən 1988-ci il iyunun 12-də ləğv edilmiş inzibati ərazi subyektinin “xalq deputatları soveti”nin qərarı ilə “çıxdığı” üçün Ermənistanın Alma-Ata Bəyyanaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı “DQMV”-yə şamil oluna bilməz.

E.Mirzəbəyli ardınca qeyd edib ki, bəzən baş nazir Paşinyan da daxil olmaqla Ermənistan hökumətinin bəzi nümayəndələri birbaşa olmasa da, yayındırıcı və hiyləgər ifadələrlə eyni yanaşmanı sərgiləməyə çalışırlar: 

“Şübhəsiz ki, bu mülahizələrin və iddiaların heç bir əsası yoxdur və bu qəbildən olan separatçı xülyalar Azərbaycan ərazilərində separatizm hərəkatını başladan, ölkəmizdən iti qovan kimi qovulan, dovşan kimi qaçan müharibə canilərinin, terrorçuların, fərarilərin özlərinə təsəlli vermək niyyətindən qaynaqlanır”.

Politoloq ermənilərin saxta iddialarını darmadağın edən hüquqi əsasları ardıcıllıqla sıralayıb:

“Mənzərə aydın olsun deyə, öncə 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsinə nəzər salaq:

Bəyannamədə qeyd olunur ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna respublikaları...  “bir-birlərinin ərazi bütövlüklərini, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”.

Göründüyü kimi, Alma-Ata Bəyannaməsində adıçəkilən dövlətlərin bir-birilərinin, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı və hörmət etdiyi imperativ şəkildə vurğulanır.

Alma-Ata Bəyannaməsində, həmçinin qeyd olunur ki, “Müstəqil Dövlətlər Birliyinin yaranması ilə SSRİ öz mövcudluğuna son verir. Birliyin üzvü olan dövlətlər öz konstitusiyalarındakı prosedurlara uyğun olaraq, keçmiş SSRİ-nin müqavilə və razlaşmalardan doğan beynəlxalq  öhdəliklərinə əməl edəcəklərinə zəmanət verirlər”.

Bu o deməkdir ki, SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna Alma-Ata Bəyyanaməsinin imzlanması ilə son qoyulub və bəyannamə imzalananadək bütün müttəfiq respublikaların ərazisində SSRİ konstitusiyası qüvvədə olub. Eləcə də MDB üzvü olan bütün dövlətlər, o cümlədən Azərbaycan və

Ermənistan SSRİ-nin hüquqi varisləridir. Bütün bunları ona görə qeyd edirəm ki, Ermənistanın və Azərbaycan ərazilərindəki separatçıların Alma-Ata Bəyannaməsi imzalananadək, yəni 1991-ci il dekabrın 21-dək qəbul etdikləri SSRİ konstitusiyasına zidd qərarlarının, istisnasız olaraq, heç bir hüquqi qüvvəsinin olmadığı bir daha aydın olsun.

SSRİ konstitusiyasının 71-ci müddəasında SSRİ-nin təşkil edən bütün müttəfiq respublikarın adları bir-bir sadalanır, 72-ci müddəasında isə qeyd olunur ki, “Hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır”. Bu isə o deməkdir ki, SSRİ-ni yalnız və yalnız müttəfiq respublikalar tərk edə bilərlər.

SSRİ konstitusiyasının 78-ci maddəsində isə qeyd olunur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Əgər belə bir razılıq olarsa, yenə də SSRİ konstitusiyasına görə, bu, SSRİ Ali Sovetinin qərarı ilə təsdiq olunmalıdır. Məlum olduğu kimi, həmin dövrdə “DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı Azərbaycan SSR-in razılığı və təbii ki, olmayan “razılığın” SSRİ Ali Soveti tərəfindən təsdiqi də olmayıb. “DQMV”-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxması ilə bağlı qərarı isə 1988-ci il iyulun 13-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına zidd olduğu üçün ləğv edilib. SSRİ Ali Sovetinin iyulun 18-də qəbul etdiyi qətnamədə qeyd olunur ki, “Azərbaycan SSR Ali Sovetinin qərarının nəticəsi olaraq, DQMV-nin Ermənistana birləşdirilməsi mümkün deyil. SSRİ Ali Sovetinin sözügedən qətnamələrində, SSRİ konstitusiyasının  78-ci və 87-ci müddəalarına istinad olunur. SSRİ konstisiyasının 78-ci müddəasında bildirilir ki, “müttəfiq respublikanın razılığı olmadan onun sərhədlərini dəyişmək mümkün deyil”. 87-ci müddəada isə deyilir ki, “DQMV Azərbaycan Respublikasının tərkibində daxildir”.

E.Mirzəbəyli sonda bunları bildirib:

“Vəssalam! Edilən və ediləcək hiyləgərliklərin, dedi-qodu xarakterli bəyanatların heç bir faydası yoxdur və Ermənistanın daxili auditoriyasına ünvanlanmış bəyanatlarla, yalnız qondarma iddialarla, saxta tarixlə, darmadağın edilmiş miflərlə, ultramillətçi ideyalarla manqurtlaşdırılmış ermənilərə təsəlli vermək olar.

Separatçıların isə, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi iki yolu var: Ya Azərbaycan qanunlarına tabe olacaq, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının sözü ilə oturub-duracaq, ya da cəhənnəm olub gedəcəklər. Üçüncü yol isə yoxdur. Üçüncü olan yol deyil, yollamaq, iti qovan kimi qovmaqdır! Ya bayrağın kölgəsi, ya əsgərin silləsi!”

Oğuz

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı