Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze general-polkovik Zakir Həsənovla görüşüb.
Ednews xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Razılaşmanın hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu qeyd edilib.