Prezident İlham Əliyevə "Həmrəylik halqası" üzrə Anlaşma Memorandumunun imzalanmasında siyasi dəstəyinə görə minnətdarlığımı bildirirəm.
Ednews xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
Qeyd edək ki, bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.