Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundu bu gün Vaşinqtonda keçiriləcək.
Ednews xatırladır ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan artıq ABŞ paytaxtına gəliblər.
Diplomatik mənbələrə istinadən verilən məlumata görə, danışıqların əsas hissəsi Vaşinqtondan kənarda yerləşən Xarici İşlər üzrə Milli Təlim Mərkəzində baş tutacaq.
Blinken Təlim Mərkəzində öncə nazirlərlə ayrı-ayrılıqda görüşəcək, sonra onlarla birgə sülh danışıqlarında iştirak edəcək.