Türkiyədə keçirilən seçkilərdə seçicilərin 88,88 faizi iştirak edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.
Onun sözlərinə görə, ilkin nəticələr Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq.
Xatırladaq ki, bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri yerli vaxtla saat 17:00-da sona çatıb.
Səsvermə yerli vaxtla bugün saat 08:00-da başlayıb. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.