“Azərbaycanda İran casusu kimi tutulan şəxslərlə rəsmi Tehran arasında hər hansı rəsmi və ya qeyri-rəsmi əlaqə yoxdur”.
Ednews İSNA agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani səsləndirib.
Onun sözlərinə görə, iki ölkə vətəndaşları arasında əlaqə tarixi xarakter daşıyır: "Hətta bir çoxunun qohumluq əlaqələri var".
Kənani hesab edir ki, qanunu pozan vətəndaşlara qarşı mübarizə aparmaq hər hökumətin hüququdur.