Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda SƏFƏRDƏDİR

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir. 
 
Ednews  xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb.
 
"İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev ilə səmərəli görüş keçirib. Azərbaycan-Aİ tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.
İlham Əliyev xalqa müraciət edir - Canlı